27 İYUL GECƏSİ GÖY ÜZÜNƏ BAXIN! YÜZİLİN ƏN UZUN AY TUTULMASI VƏ MARS’IN ƏN PARLAQ GECƏSİ

Yüzilin ən uzun ay tutulmasına şahid olmağımıza çox az qalıb. Mars, Dünyaya ən yaxın nöqtəyə gələcək və bu səbəbdən ən parlaq  şəkildə görüləcək. Az deyilmiş kimi, “Delta Aquarid” meteor yağışını da izləyəcəyik.

Ay tutulması

Ay tutulmasından başlayaq. Əslində ay tutulmaları ildə bir neçə dəfə gerçəkləşir. 2018’in yanvarında, bir ay tutulması yaşamışdıq. Bildiyiniz kimi, Günəş tutulmasında Ay’ın kölgəsi Dünyaya düşür. Ay tutulmasındaysa bunun tam tərsi olur. Dünyanın kölgəsi Ay’ın üzərinə düşür.

Bu səfərki ay tutulmasının ən önəmli özəlliklərindən biri İyul ayında yaşanmasıdır. Çünki, indi Dünya Günəş’dən ən uzaq mövqedədir. Ay da dünyadan ən uzaq mövqedədir. Bu səbəbdən Dünya’nın Ay’ın üzərinə düşürdüyü kölgəsi də ən geniş vəziyyətdədir. Ayrıca Ay, tam kölgənin (yəni Umbra’nın) tam içindən keçir. Bu da az rastlanan bir vəziyyətdir. Amma bu kölgə Günəş tutulmasında olduğu qədər qaranlıq olmur. Ayın rəngi çəhrayı-qırmızı bir tona dönüşür. Buna görə də, buna “Qanlı Ay” da deyilir.

Niyə “Qanlı Ay” ?

Bu hadisəyə bu adın verilməsində, tarixdə ay tutulmaları zamanı yaşanan bədbəxt  hadisələrin də bir təsiri var. Elm və Texnologiya Ansiklopediyasında tarixdə qeyd olunan ilk ay tutulmasının “Enuma Anu Enlil” zamanlarına yazıldığı qeyd edilib. Bu günkü İraq torpaqlarında Ur kəndində tapılan bu tablet’lər. M.Ö. 2094’də 2 Aprel gecəsi gerçəkləşən bir ay tutulması əsnasında Ur Kralı Shulgi, oğlu tərəfindən öldürülmüşdür. Eyni zamanda Çin imperatoru Chung K’ang, bir tutulmanı öncədən xəbər vermədikləri üçün Hsi və Ho adlı iki astronomunun kəlləsini uçurmuşdur. Çünki, tutulma zamanı göy üzündəki əjdahanın Ay’a hücumuna və onu yeməyə başladığına inanırmışlar. Çin dilində “tutulma” sözünün qarşılığı “yemək” deməkdir. Bu hücumu öncədən bilmədikləri üçün, xalqa da bildirə bilməyiblər. Xalq, Ay’ın yenildiyini zənn edib əjdahanı qorxutmaq üçün gurultu etməyə başlayıb. Bu tip batil inanclar sizə indi gülməli gələ bilər, amma nəticələri Türkiyə tariximizdə də çox acı olub. 4 İyul 1917 gecəsində Akabe Qalası’nı qoruyan Osmanlı əsgərləri ay tutulmasını görən zaman göy üzünə atəş etməyə başlamışlar. Yenə eyni səbəblə. Tutulmaya səbəb olan şeyi qorxutmaq üçün. Təbii ki, o anda İngilis agenti Ərəbistanlı Lawrence tərəfindən təşkilatlanan Ərəb əsgərləri qalaya hücum edərək ələ keçirmişlər və sonrasında hadisələr get-gedə böyümüşdür. Buna görə də, təbii hadisələri gözdən keçirərkən batil inanc gözü ilə deyil, elm gözü ilə baxın, düşünün. Tarixin ən məhşur ay tutulmalarının bir digəri 22 May 1453’də gerçəkləşib. Qərblilər bunu “Konstantinopol’un düşüşü tutulması” olaraq tanıdır. Biz İstanbul’un fəthi deyirik.

Beləliklə, bu məhşur tutulmadan 565 il sonra 27 İyul gecəsində Ay bir daha tutulacaq. Üstəlik Bakı’dan çox gözəl görüləcək. Hardan bilirəm? Belə bir web sayt var. Bu sayta olduğunuz yerin adresini yazdığınızda sizə tutulma haqqında çox detaylı məlumatlar verir. Məsələn, Bakı’da axşam 21:14’də başlayacaq və 23:30’dan 01:13’ə qədər 1,5 saatdan uzun bir vaxt ərzində tam tutulma izlənilə biləcək. İzləyərəkən lütfən gurultu etməyək ya da Ay’a atəş etməyək. Bəs nə edək? Mən xüsusən şəkil çəkməyi sevirəm. Sizə də tövsiyə edirəm. Daha keyfiyyətli şəkil çəkə bilmək üçün DSLR tərzi bir fotoaparat və mümkünsə teleobyektiv istifadə etməyinizi tövsiyə edirəm.

Mars

Eyni gecə Ay Dünya’dan ən uzaq mövqedəykən Mars da dünyaya 2003’dən bəri ən çox yaxınlaşdığı bir mövqeyə gəlməyə başlayacaq. Ən yaxın olduğu nöqtə 31 İyul gecəsi olacaq, amma 27 İyul’da da göy üzündə çox parlaq olaraq görülə biləcək. Çünki, Günəş’in tam əksi yönündə yer alacaq. Bu hadisəyə də  “Mars opposition” yəni “Mars qarşı mövqeyi” adı verilir. Bu hadisəni çılpaq göz ilə görə bilmək mümkündür amma yaxşı bir şəkil çəkmək üçün bu səfər sadəcə bir DSLR fotoaparat yetərli deyil. Teleskopa ehtiyac var.

Meteor yağışı

Bu da az deyilmiş kimi, həmən gecə bir meteor yağışı izləcəyik. Normalda 12 İyul’dan 23 Avqust’a qədər olan “Delta Aquarid” meteor yağışı 27 İyul gecəsində ən sıx dövrünə girəcək. Üstəlik yenə Azərbaycan’dan görülə biləcək. Həmən gecə yüzilin ən uzun ay tutulmasını, Mars’ın dünyaya ən yaxın və ən parlaq halını və meteor yağışını izləyə biləcəyik. İnsanlığın elmi bilgisinin məhdud olduğu köhnə çağlarda bu qədər şey eyni gecə içində olsaydı tarixdə qeydlərə necə keçərdi bilmirəm: “Mars’dan bir ulduz sürüşdü və Ay’a hücum etdi” falan yazardılar hər halda. Artıq ulduzların sürüşmədiyini, onun meteor yağışı olduğunu; Ay’a hücum etmədiyini və Mars’ın da döyüşlə əlaqədar bir planet olmadığını bilirik. Yenə də duyğusal canlılarıq. Ona görə 27 İyul gecəsi sevdiklərinizlə çölə çıxıb başınızı göy üzünə qaldırıb o sonsuzluğu izləyin. Qısaca da olsa dünyaya aid dərdlərin, fikirlərin arasından sıyrılmanızı və birlikdə nadir görülən o anı yaşamağınızı həyata keçirər.

Source: Barish Ozcan
Translator: Soltan Abilgasimzada

Qeyd: Ay’ı, Mars’ı və digər planetləri yaradıb, təsbeh dənələri kimi sənin ətrafında döndürən Allah, əlbət ki, sənin çıxılmaz sandığın o dərdlərini də bilir. Hüzurla yaşamaq istəyirsənsə, onun hüzuruna get. Çünki hüzur, hüzuru verənin hüzurunda tapılar. Bu da məndən sizə bir tövsiyə. Allah’a əmanət olun.

2 thoughts on “27 İYUL GECƏSİ GÖY ÜZÜNƏ BAXIN! YÜZİLİN ƏN UZUN AY TUTULMASI VƏ MARS’IN ƏN PARLAQ GECƏSİ”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir